Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Aprel 2017 12:45

Aprel döyüşləri düşmən üzərində böyük qələbənin başlanğıcıdır

Müdafiə nazirinin tapşırığına əsasən ötən ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar silsilə hərbi vətənpərvərlik tədbirləri davam edir. Növbəti izdihamlı tədbirin ünvanı Şəmkir rayonu olub.
Rayon ictimaiyyətinin və Silahlı Qüvvələrin şəxsi heyətinin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə N saylı hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini Rasim Manafov çıxış edib. O qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “aprel döyüşləri tarixdə bizim böyük qələbəmiz kimi qalacaq”. Aprel döyüşləri düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı. Həmçinin xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Aprel zəfəri ordu ilə xalq birliyinin təntənəsinə çevrildi.
Tədbirdə Silahlı Qüvvələrin hərbi orkestrinin iştirakı ilə incəsənət ustalarının ifasında vətənpərvərlik mahnıları, ordumuzun qələbəsinə həsr olunmuş nəğmələr səsləndirildi. Xalq Artisti, Silahlı Qüvvələrin zabiti Azərinin ifaları alqışlarla qarşılandı.