Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2022 17:03

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Plana uyğun olaraq hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Tədbirlər çərçivəsində hərbiçilər üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçularımız müxtəlif bölgələrdə ağacəkmə aksiyasında iştirak edib.
Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılıb.
Anım Günündə həmçinin şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimiz ziyarət edilib.