VİDEO" /> VİDEO">
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2026 15:03

“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb - VİDEO

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb. 
Təlimdə ölkəmizi təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.
Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.