Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2021 20:37

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir - VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.
Beynəlxalq təlimdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib. Tapşırıqların icrası zamanı hərbi pilotlarımızın peşəkarlığı sayəsində şərti düşmənin yerüstü hədəfləri məhv edilib.
Təlim iyulun 3-dək davam edəcək.