Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2021 15:49

Ali Hərbi Məktəbin Kursant Hərbi-Elmi Cəmiyyətinin 16-cı konfransı keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin elmi iş planına əsasən Kursant Hərbi-Elmi Cəmiyyətinin 16-cı elmi-praktiki konfransı keçirilib.  
Konfransın məqsədi hərb elmini kursantlara təbliğ etmək, onların sərbəst fikir mübadiləsi aparmaq bacarıqlarını təkmilləşdirmək, hərb nəzəriyyəsinin və praktikasının aktual məsələlərini müzakirə etmək, eləcə də aparılan tədqiqatların hərb elminin inkişafında rolu barədə konfrans iştirakçılarını məlumatlandırmaqdan ibarət olub.
Konfransda kursantların məruzələri dinlənilib, aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.