Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2022 10:51

Ali hərbi məktəbdə elmi konfrans keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2022-ci ilin Elmi iş planına uyğun olaraq Kursant Hərbi Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib.
Konfransın əsas məqsədi elmi və elmi-tədqiqat işinə meyilli kursantların aşkar edilməsi, hərb elminin inkişafında onların rolunun artırılması və “Ən yaxşı məruzəçi”lərin respublika miqyaslı analoji tədbirlərdə iştirakının təmin edilməsidir.
Konfransda Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin təhsil müəssisələrinin zabit və kursantları da iştirak ediblər.
Üç bölmə üzrə təşkil olunan konfransda ümumilikdə 70 kursant məruzə ilə çıxış edib.
Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.