Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2015 09:00

Ali Hərbi Dənizçilik Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümümmilli lideri Heydər Əliyevin və Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Sonra hərbi məktəbin rəisi, birinci dərəcəli kapitan Əlimərdan Quliyev çıxış edərək vurğuladı ki, Azərbaycan xalqının müstəqillik, demokratiya və azadlıq uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə itkilər, nisgillər və yaralarla deyil, xalqımızın qan yaddaşına qəhrəmanlıq səhifəsi kimi də həkk olundu. O, 20 Yanvar faciəsini törədən cinayətkarların ifşa olunmasında xalqımızın ümümmilli lideri Heydər Əliyevin rolundan, qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlərdən məlumat verdi.
Digər çıxış edənlər də 20 Yanvar qırğınının dəhşətlərindən bəhs ediblər.
Sonda 20 Yanvar faciəsinə dair film nümayiş olunub.