Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2016 12:07

Ali Baş Komandanın göstərişinə əsasən, hərbi hissələrdə inşaat işləri davam edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə inşaat işləri davam edir.
Qurumun rəhbərliyi Gəncədə yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda tikinti işlərinin gedişi ilə maraqlanıb.
Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.
Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan nazir, general-polkovnik Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.
Sonra müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və texnikalara baxış keçirilib.
Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsində son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.