Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2022 11:46

ABŞ nümayəndə heyəti hərbi hissə və Tibb İdarəsini ziyarət edib

ABŞ ilə Azərbaycan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlığa və "Ştatla Tərəfdaşlıq Proqramı"na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.
Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.  
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.