Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2019 12:48

AAHM-nin Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları beynəlxalq yarışda iştirak edir

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Hərbi Dənizçilik Məktəbində növbəti Beynəlxalq Dənizçilik Yarışları keçirilir.
Müxtəlif ölkələrin ali hərbi dənizçilik məktəbləri nümayəndələrinin iştirak etdiyi yarışda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Dəniz Qüvvələri fakültəsinin komandası təmsil edir.
Üzgüçülük və gəmiçilik hərbi dəniz idman növləri üzrə keçirilən yarışlarda Azərbaycan, Banqladeş, Bolqarıstan, Cənubi Koreya, Çin, Böyük Britaniya, İtaliya, Oman, Pakistan və Türkiyə ali hərbi dənizçilik məktəblərinin nümayəndələri iştirak edirlər.