Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2017 12:55

31 mart - Azərbaycanlıların Soyqırımı Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə anılıb

Müdafiə nazirinin tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunub.
Tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi anılıb, ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları xüsusi vurğulanaraq bu sahədə görülən işlərdən danışılıb.
Anma tədbirlərində həmin tarixi dövrlə bağlı müxtəlif elm xadimlərinin, soyqırımı faktları araşdırmaçılarının çıxışları dinlənilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub, eləcə də mövzu ətrafında müzakirələr aparılıb.