Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2016 09:00

31-ci dünya çempionatında hərbçi idmançılarımızın uğurları davam edir

Daha iki idmançımız finala vəsiqə qazanıb
Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının ikinci günündə - sentyabrın 22-də sərbəst güləş üzrə yarışlarda Azərbaycanı təmsil edən 8 idmançımız bir qızıl, bir gümüş və bir bürünc olmaqla üç medal qazanıb.
Boris Traykovski adına İdman Mərkəzində keçirilən çempionatda sərbəst güləş üzrə yarışlara yekun vurulduqdan sonra bu gün idmançılarımız yunan-Roma güləşi üzrə yarışlara qatılıblar.
Dörd idmançımız - Murad Məmmədov (59 kq.), Həsən Əliyev (71 kq.), Sənan Əlimirzəyev (75 kq.) və Kamran Məmmədov (66 kq.) xalça üzərinə çaxaraq bir-birinin ardınca parlaq qələbələr qazanıb.
Birinci görüşlərində az xal fərqi ilə məğlub olan S.Əlimirzəyev və M.Məmmədov ikinci görüşlərində öz rəqibləri üzərində qələbə qazanaraq üçüncü yer uğrunda mübarizə aparmaq imkanı əldə ediblər.
H.Əliyev və K.Məmmədov isə bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.
Bugünkü yarışların final görüşləri axşam saatlarında keçiriləcək.