Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 May 2020 14:12

28 May – Respublika Günü münasibəti ilə “Zəfər marşı” adlı yeni videoçarx hazırlanıb - VİDEO

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin genişmiqyaslı əməliyyat-taktiki təlimlər ərəfəsində təqdim etdiyi “Qələbəyə gedən yollar” videoçarxı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla izlənilib.
Mərkəz 28 May – Respublika Günü münasibəti ilə “Zəfər marşı” adlı yeni layihəni təqdim edir. Marşın sözləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaniyə, musiqisi bəstəkar Azad Zahidə, ifası isə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi rəisinin müavini, Əməkdar artist, Prezident mükafatçısı mayor Cahangir Qurbanova aiddir.