Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2026 20:38

27 Sentyabr - Anım Günündə "Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün mədəni tədbir təşkil olunub

27 Sentyabr - Anım Günü münasibətilə “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edən ölkələrin hərbi qulluqçuları üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində qonaqlar üçün Qarabağ iqtisadi rayonu və Naxçıvan şəhərində ekskursiyalar təşkil olunub. 
Türkiyə və Özbəkistandan olan hərbi qulluqçulara xalqımızın Vətən müharibəsində qazandığı şanlı Zəfər, igid  övladlarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri barədə məlumat verilib. 
Ölkəmizin gəzməli-görməli yerlərində olan, həmçinin tarixi-diyarşünaslıq muzey və abidələrini ziyarət edən qonaqlar xalqımızın zəngin keçmişi və milli-mədəni dəyərləri ilə yaxından tanış olublar.