Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral 2021 17:55

2 fevral – Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib

2 fevral – Gənclər Günü ilə əlaqədar Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, qarnizon İdeoloji və Mədəniyyət Mərkəzlərində silsilə bayram tədbirləri keçirilib.
Tədbirlərdə çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulayıblar.
Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı proqramlar ilə çıxış ediblər.