Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2019 17:24

2 Fevral Gənclər Günü ilə əlaqədar tədbir keçirilib

Müdafiə Nazirliyi və Füzuli Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral Gənclər günü münasibətilə təntənəli tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edilib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətində mühüm rolu var və Azərbaycan əhalisinin 31, ordunun 75 faizini təşkil edən gənclər ölkəmizin hərbi qüdrətinin artırılmasında, cəmiyyətimizin inkişafında böyük xidmətlər göstərərək, dövlət və ordu quruculuğunda fəal iştirak edirlər.
Sonda tədbir vətənpərvərlik ruhlu konsert proqramı ilə davam edib.