Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2022 17:31

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Azərbaycan Ordusunda tədbirlər keçirilib

Azərbaycan Ordusunda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbirlər keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, hərbi həkimlər, ictimaiyyət və kütləvi informasiya vasitələrinin   nümayəndələri iştirak ediblər.
Çıxış edənlər son illər ərzində Azərbaycan səhiyyəsinin inkişafından, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən, yeni tibbi texnologiyaların tətbiqindən və aparılan digər tədbirlərdən danışıblar.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə tibb işçiləri də öz vəzifə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibənin ən çətin günlərində belə hərbi həkimlərimiz yaralılara ilkin tibbi yardım göstərərək onların döyüş meydanından təxliyə olunması üzrə üzərlərinə düşən tapşırıqları şərəflə yerinə yetiriblər.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup tibb işçisi mükafatlandırılıb.