Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2014 09:00

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

Yoldaş zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin fədakarlğı və apardığı uğurlu siyasət nəticəsində respublikamız öz varlığnı qoruyub saxlamış, onun müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz inkişaf etdirilərək, ordu quruculuğunda vahid komandanlıq prinsipi bərqərar olunmuş, Azərbaycan Respublikasının müstəqilliyinin daimiliyi, əbədiliyi və dönməzliyi təmin edilmişdir.
Ümummilli liderin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin siyasi və iqtisadi dayaqları möhkəmlənmiş, inkişaf tempinə görə respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına yüksəlmiş, əhalinin maddi-sosial şəraiti daha da yaxşılaşmış və ölkəmizin müdafiə qüdrəti daha da artmışdır.
İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlar əldə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hər an hazır olacaqsınız.
Hər birinizə möhkəm cansağlığı uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan Respublikasınıın Müdafiə naziri
general-polkovnik Zakir Həsənov