Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

13 Fevral 2013 09:00

Cəbhədə vəziyyət gərginləşib.Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

12 Fevral 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şirvanlı, Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

11 Fevral 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şirvanlı, Şuraabad, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

9 Fevral 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

8 Fevral 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli və Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

7 Fevral 2013 09:00

Cəbhədə vəziyyət gərgin olaraq qalır.Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

6 Fevral 2013 09:00

Cəbhədə vəziyyət gərgin olaraq qalır.Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

5 Fevral 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şuraabad, Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Alxanlı, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

4 Fevral 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

2 Fevral 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şuraabad, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, Göygöl və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.