AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli və Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.