5 İyun 2012 09:00
Cəbhədə vəziyyət gərginləşib.Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 4-də saat 16.00-dan 16.20-dək və 23.40-dan 23.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23.20-dən 23.30-dək, 23 35-dən 23.40-dək, iyunun 5-də 00.20-dən 00.30-dək, 02.45-dən 02.50-dək, 02.55-dən 03.10-dək, 05.10-dan 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerələşən mövqelərdən;- saat 02.55-dən 03.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 03.10-dan 03.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 03.00-dan 03.10-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 05.00-dan 05.20-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerələşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.