Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

5 İyun 2012 09:00

Cəbhədə vəziyyət gərginləşib.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 4-də saat 16.00-dan 16.20-dək və 23.40-dan 23.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23.20-dən 23.30-dək, 23 35-dən 23.40-dək, iyunun 5-də 00.20-dən 00.30-dək, 02.45-dən 02.50-dək, 02.55-dən 03.10-dək, 05.10-dan 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerələşən mövqelərdən;
- saat 02.55-dən 03.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03.10-dan 03.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03.00-dan 03.10-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.00-dan 05.20-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerələşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
- İyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəklikdən açılan atəş nəticəsində dünyasını dəyişib.