Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2017 11:59

“Barmağımız tətikdə, ürəyimiz Qarabağdadı...”

Ön xətdə yerləşən "N" hərbi hissəsində də döyüşçülərin hər birində yüksək əhval-ruhiyyə hiss edirəm. Zəhmli görünüşü, iti baxışı ilə seçilən kiçik çavuş İlkin Hacıxanovla yaxından tanış oluruq.
Bakıda dünyaya göz açıb. O da bütün yaşıdları kimi əsgərlik yaşı çatanda böyük həvəslə ordu sıralarına yollanıb, müddətli həqiqi hərbi xidmətini layiqincə yerinə yetirib. Ön xətdə döyüş maşınının manqa komandiri vəzifəsində xidmət edib. Hazırda snayper vəzifəsində xidmət edən kiçik çavuş yenidən ordu sıralarına qayıtmasını belə xatırlayır:
- Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollandım. Əsgərliyim dövründə nizamlı addımlamağı, silah və texnikanın sirlərini öyrəndim. Komandirlərimdən Vətən üçün ölməyi yox, mübariz döyüşçü olmağı, düşməni məhv etməyi öyrəndim. Təlim çalışmalarını dəqiq və sərrast yerinə yetirdiyim üçün komandirlərim tərəfindən daim yüksək qiymətləndirilirdim. Tərxis olunub doğmalarımın yanına qayıtdığım üçün çox sevinirdim. Komandirim məni yola salanda "İlkin, sən bu orduya lazımsan. Qayıt və Vətənə xidmət et!" dedi. İnamla deyilən bu sözlər həyat yoluma çıraq oldu. Vaxt itirmədən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənin keşiyinə yollandım. Snayper hazırlığı kursunu bitirən gündən ön xətdə xidmət edərək Ali Baş Komandanın döyüş əmrini gözləyirəm.
Müharibə meydanında sərrast atəşlə düşməni məhv etmək snayperə məşhurluq, ad-san qazandırıb.
Aprel döyüşlərinin iştirakçısı olan kiçik çavuş İlkin Hacıxanov da Qarabağ uğrunda savaşda düşmən generallarını məhv etməyi qarşısına məqsəd qoyub və bir gün adının məşhur snayperlərlə yanaşı anılacağına inanır. Qarabağ tarixi Azərbaycan torpağıdı, bizim torpaqlara ayaq basan istər əsgər olsun, istər general düşmənimizdi. Hər an barmağımız tətikdə, ürəyimiz Qarabağdadı...

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR