Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2017 09:36

Sizə inanırıq, əsgər qardaşım

Uğurlu gələcək, uğurlu yol insanın özündən asılıdır. Əgər  qorxusuz və sağlam ruhdasansa, yolun uğurlu olacaq - uğur qazanacaqsan.
Səngər - əsgərin qorxu bilmədən, soyuqda da, istidə də, gecə də, gündüz də əsgərlərin mehrləşdiyi, sipər bildiyi ərazidi. Əsgərlər üçün Vətən səngərdən başlanır .
Vətəni qoruyan əsgərlərimiz təxribat törədən düşmənin həmlələrinin, hücumlarının qarşısını mərdliklə alır - döyüşür. Döyüş - kiminin müəyyən yaşını qeyd etdiyi, kiminin zamanının əbədi donduğu, ölümsüzləşdiyi yer. Bəzən iki dostun vidalaşması, "Vətən sağ olsun!" - deyərək son nəfəs alması.
Azərbaycan əsgəri qaranlıq gecəni deyil, aydın səhəri düşünür.
Əsgər - ailəsindən uzaq olsa da, Vətənə daha yaxın olan, istəklərini, arzularını bir kənara atıb daha irəlini düşünən igid oğul. Əsgər - xilaskardır. Hər bir uşağın gözündə böyüyən, cavanların, yaşlıların ümid bəslədiyi, duruşuyla qəlbləri sakitləşdirən oğul. Hər bir əsgər səngərlərin öz yatağı qədər rahat olmadığını bilir, ancaq Vətən sevgisi hər bir çətinlikləri yüngülləşdirir. Əsgər  - bir ailənin deyil, bütün xalqın oğlu, igidi, qəhrəmanıdır. Əməlləri ilə gözümüzdə böyüyəndir.
Bir xalqın şəhidi yoxdursa, həmin torpağı işğal hədələyəcək. Gəzdiyimiz torpağı, görülən gözəllikləri qorumaq ən müqəddəs borcumuzdur. Xalqın fəxri - azadlıq yolunda canından keçənlər - şəhidlərdir. Sənin qələbənə inanırıq Azərbaycan əsgəri!
Ordumuzun əsgərləri uğur yolunun yolçularıdı. Onlar Vətəni qoruyur, torpaqlarımızı işğaldan onlar azad edəcək...
Azərbaycan əsgərinin qələbə naminə atışır. Qətiyyətlə döyüşür Azərbaycan əsgəri, Ali Baş Komandanına, Vətən sevgisinə güvənir, şəhidliyə də hazırdı - təki Vətənə, Vətən torpağına zərər dəyməsin...
Hüsniyyə İDRİSOVA