Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2017 09:32

Naxçıvan xüsusi təyinatlıları Dağ təlim mərkəzində

Dağ təlim mərkəzində Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən digər güc strukturlarının xüsusi təyinatlı, kəşfiyyat və xilasetmə bölmələrinin  toplantısı keçirilib.
Dağ relyefinin xüsusiyyətləri qoşunların döyüş əməliyyatlarına böyük təsir göstərir. Yüksək fiziki hazırlıqla və qəti hərəkətlə döyüşdə müvəffəqiyyət qazanmaq, dağ ərazisinin xüsusiyyətlərindən bacarıqla istifadə etmək, dağ maneələrini keçmək məqsədilə toplantıda şəxsi heyətə müxtəlif üsullarla dağ yamaclarında aşağı və yuxarıya hərəkət etmə üsulları məşq etdirilib.
Toplantıya cəlb edilmiş şəxsi heyətə çətin dağ şəraitində hərəkət etməklə yanaşı, döyüş aparma üsulları, yaralıların və əmlakın təxliyyəsi qaydaları öyrədilib.
Xüsusi təyinatlı, kəşfiyyat və xilasetmə bölmələrinin şəxsi heyətinin cəlb edildiyi toplantıda su maneələrinin müxtəlif üsullarla dəf edilməsi üzrə məşğələlər keçirilib.
Toplantıda şəxsi heyətə dağçılıq hazırlığından müxtəlif dağ ləvazimatlarının istifadə qaydaları əyani olaraq göstərilib. Təbii ki, bütün bunlar ilin istənilən fəslində, ən çətin iqlim və relyef şəraitində qoşunların fəaliyyətinə müsbət təsir göstərir.
Nəriman NƏCƏFOV, fotolar Rasim İSMAYILLININDIR