Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2017 10:03

Qələbəni təmin edən əsas amillərdən biri...

Döyüşdə qələbənin qazanılmasında hər bir qoşun növünün özünəməxsus rolu var. Belə ki, bir qoşun növünün rolu digəri ilə müqayisə oluna bilməz, çünki hər biri özəlliyi ilə fərqlənir. Döyüşün uğurla başa çatdırılmasında mühüm rol oynayan vasitələrdən biri də hərbi bölmələr arasında möhkəm və etibarlı rabitənin təmin edilməsidir.
"N" hərbi hissəsinin artilleriya divizionunda rabitə bölməsinin fəaliyyəti ilə tanışlıq zamanı əmin olduq ki, Azərbaycan Silahlı Qüvvələrinin rabitə bölmələri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə qadirdir.
Son illər Azərbaycanda rabitəçi hazırlığı da yüksək səviyyədə aparılır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yetirmələrinin bilik səviyyəsi və hazırlığı xüsusilə diqqəti cəlb edir. Belə vətənpərvər zabitlərin rabitə bölməsində xidmət etməsi rabitəçi əsgərlərin hazırlığında da mühüm rol oynayır.
Rabitəçi əsgər Sərxan Mahmudlu tarixi torpaqlarımızın işğalçılardan təmizlənməsində onların da üzərinə böyük məsuliyyət düşdüyünü bildirir: "Gördüyünüz rabitə qurğuları vasitəsilə müxtəlif qoşun növləri arasında əlaqə yaradır, düşmənin istehkam qurğuları, artilleriya batareyaları, sığınacaqları, eləcə də digər strateji hərbi obyekt və məntəqələri, canlı qüvvəsi barədə koordinatları komandir heyətinə ötürürük. Eyni zamanda, rabitə vasitəsilə taborlarla qərargahlar arasında da rabitəni təmin edirik. Mövcud radio-rabitə qurğuları geniş imkanlara malikdir".
Əsgər Sərxan Mahmudlu hesab edir ki, cəbhənin ön xətdəki bölmələri ilə fasiləsiz rabitəni təşkil etmək onun üzərinə düşür: "Bu da məsuliyyət və cavabdehlik tələb edir. Çünki rabitəçi daim ön sıralarda olmalı, vacib məlumatları komandirə vaxtında çatdırmalıdır".
Kəlbəcər rayonunda dünyaya göz açan zabit hesab edir ki, uğur qazanmağın əsas yolu yüksək biliklərə yiyələnməkdən keçir: "Ən böyük arzum Kəlbəcəri və digər torpaqlarımızı azad görməkdir. Əlbəttə, hazırlıqlı Azərbaycan Ordusu bu gün bu vəzifənin öhdəsindən gəlməyə qadirdir. Ordumuzun günbəgün qüdrətlənməsi, əsgərə xüsusi diqqət və qayğı bizi daim ruhlandırır. Zabitlərimizdən öyrəndiklərimiz, təlimlərdə mənimsədiklərimiz qələbəni təmin edəcəkdir..."
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto N.PƏNAHOVUNDUR