Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2017 09:58

“Əsgərin sağlamlığı keşiyində dayanmaq mənə qürur verir”

Tibb elmi və onun inkişafını sürətləndirən müasir texnologiya təbii ki, insanların sağlamlığının xidmətinə yönəldilib. Bu müasirlik ölkəmizdə də tibbin bütün sahələrinin inkişafına stimul olur, daha sürətlə irəli getməsini gerçəkləşdirir. Hərbi tibb sahəsində inkişaf bu baxımdan reallığı əks etdirir. Respublikamızın hərbi tibb sahəsi inkişaf səviyyəsinə görə Cənubi Qafqazda birincilər sırasındadır.
"N" hərbi hissənin tibb məntəqəsi ikimərtəbəli müasir, geniş və işıqlı bir binada yerləşir. Tibb personalı hərbiçilərimizin sağlamlığı keşiyində dayanır, onlara layiqincə xidmət göstərirlər. Tibb məntəqəsi 2012-ci ildə istifadəyə verilib. Kabinetlər müasir tibbi avadanlıqlarla təmin edilib. Fizioterapiya, stomatologiya, rentgen, ümumi diaqnostika (kardiologiya və oftalmologiya) kabinetləri fəaliyyət göstərir. Qəbul otağında çeşidləmə prosesi aparılır. Xəstəlik, xəstəliyin diaqnozu dəqiqləşdirilir. Tibb məntəqəsindəki stasionar və izolyasiya (təcrid) otaqları hazırlıq vəziyyətindədir.
Tibb məntəqəsinin həkim - terapevti leytenant Rauf Nəcəfov 2015-ci ildən ürəyinin səsi ilə hərbi xidmətə gəldiyini, burada xidmət etdiyini deyir: "İllərdir, ölkəmizdə müharibə gedir. Torpaqlarımız işğal altındadır. Bu gün mənə  Vətənin daha çox ehtiyacı var deyə düşündüm. Hərbi həkim adını daşımağımla fəxr edirəm. Vətənimi qoruyan əsgərlərin sağlamlığı keşiyində dayanmaq mənə qürur verir".
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, Vətənə sağlam gənclik, sağlam əsgər gərəkdir...
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"