Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2017 09:19

Kursantlar Heydər Əliyev Mərkəzini ziyarət etdilər

Ordumuzun şəxsi heyəti ilə “Heydər Əliyev irsini öyrənirik” mövzusunda məşğələlər müntəzəm keçirilir. Bu yaxınlarda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabit, gizir heyəti və kursantları da Yasamal rayonundakı Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Sonra zabitlər və kursantlar ümummilli lider Heydər Əliyevin mərkəzdəki əzəmətli heykəli önünə gül dəstələri qoydular. Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mərkəzin bələdçiləri Gunel Paşayeva və Məhrux Hüseynova ulu öndər Heydər Əliyevin hər birimizə nümunə olan şərəfli həyat yolundan ətraflı məlumat verdilər.
Kursantlar nümayiş olunan eksponatlara böyük maraqla baxdılar. Ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolu ilə, xalqımız və dövlətçiliyimiz üçün gördüyü cahanşümul işlərlə yaxından tanış oldular.
Dəyərli eksponatlarla yaxından tanış olduqdan sonra mərkəzin nümayəndələri kursantlar üçün qısametrajlı film nümayiş etdirdilər.
Kursantlardan Şövqü Şəkərov, Sahib İsmayılov, Fəxri Əsgərli, Səbuhi Fərzəliyev, Turan Balaqadaşov və başqaları Heydər Əliyev Mərkəzini ziyarətdən məmnun olduqlarını, Ulu Öndərin həyat yolunu və siyasi fəaliyyətini daha da dərindən öyrəndiklərini bildirdilər.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey