Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2017 10:30

Naxçıvan Qarnizonu üzrə təşkil olunan futbol birinciliyində 17 komanda mübarizə aparıb

Naxçıvanda "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında Naxçıvan Qarnizonu üzrə təşkil olunan futbol birinciliyində 17 komanda mübarizə aparıb.
Hərbi qulluqçular arasında idmanın təbliği və güclü komandaların müəyyən edilməsi məqsədi ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının təşkil etdiyi birincilik Olimpiya sistemi üzrə keçirilib.
Finala qədər yüksələn ən güclü 2 komandanın gərgin mübarizəsində 2:0 hesabı ilə "N" hərbi hissəsi qalib gəlib. İlk üçlükdə qərarlaşan komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman və kubokla mükafatlandırılıb.
Yeddi gün davam edən birincilikdə hərbi qulluqçularla yanaşı, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyin kursantları da mübarizə apararaq, 17 komanda arasında 4-cü yerdə qərarlaşıb.

Nəriman NƏCƏFOV