Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2017 10:30

Etibarlı müdafiəçilər

Etibarlı müdafiəçilər

Hər kəs doğulub böyüdüyü, ulu əcdadından bu günədək qorunan, müqəddəs Ana torpağa Vətən deyir. Hər dəfə Azərbaycan kəlməsi səslənəndə sevgidən ürəyi titrəyən insan əsl vətənpərvərdir. Hər işdə və əməldə Vətənin mənafeyinə xidmət edənlərdi əsl vətəndaş.
Ölkəmizin yerləşdiyi geostrateji məkan tarix boyu yadelli işğalçıların diqqətini cəlb edib. Odur ki, min illərdir bu zəngin torpaqlara yiyələnmək istəyənlərin maraqlarının kəsişdiyi bir diyar olub Azərbaycan. Amma üstündə gəzdiyi, yaşayıb yaratdığı, havası, suyu ilə qidalandığı ana torpağı canından çox sevənlərin qoruduğu Azərbaycan bu gün qüdrətli bir dövlətdir. Əsarətə, düşmən hücumlarına baş əyməyən, mərd, mübariz xalqımızın Vətən dediyi Azərbaycan bu gün güclü iqtisadiyyata, hərbi potensiala malikdir. Güclü ordumuzun mərd əsgərləri torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanaraq Vətənimizi göz bəbəyi kimi qoruyurlar. Ön xətdəki mövqelərimizdə xidmət aparan şəxsi heyətlə həmsöhbət olan zaman hərbi qulluqçularımızın Vətən sevgisi, ordumuzun qüdrəti hər birimizi daha da qürurlandırır.
Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölmələrindən birində xidmət edən zabitlərimizdən Vüqar Əmirxanov, Seymur Mancanov, Ramiz Cəbiyev və başqaları ilə həmsöhbət olan zaman bildirdilər ki, əsgərlərin döyüş qabiliyyətinin artırılması diqqət mərkəzində saxlanılır. Günün nizam qaydasına uyğun olaraq şəxsi heyətə mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı dərsləri keçirilir. Nəticədə hərbi qulluqçularımız istənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazırdırlar.
Döyüş postlarında ayıq-sayıq xidmət aparan əsgərlərdən Samir Seyidzadə, Murad Muxtarlı, Abbas Hacıyev, Əli Məmmədov, Elvin Məmmədyarov, Məmməd Bayramov, Mirbabək Əzizov, Ramil İslamov və başqaları ön xətdəki xidmətlərindən, dostluq-qardaşlıq münasibətlərindən ətraflı danışdılar.
Kiçik çavuş Araz İslamov günün nizam qaydasına uyğun keçirilən dərslərdən, əsgər yoldaşlarının vətənpərvərliyindən iftixarla danışdı: "Bizim üçün yaradılan hərtərəfli şərait nəticəsində özümüzü evimizdəki kimi hiss edirik. Səngərlərdə xidmət etməyimizlə hər birimiz qürur duyur, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetiririk. Keçirilən təlimlərin nəticəsidir ki, düşməni ilk atəşlə məhv etməyə qadirik".
Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölmələrindən birində apardığımız müşahidələrə əsaslanıb deyə bilərik ki, düşməndən qat-qat güclü olan ordumuz torpaqlarımızı etibarlı müdafiə edirlər.

Nəriman NƏCƏFOV, foto Rasim İSMAYILLININDIR