Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2017 10:48

Rusiyadan alınan hərbi texnikanın ölkəmizə gətirilməsi davam edir - VİDEO

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.
Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.
Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.
Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcəkdir.
Eyni zamanda 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində “Rosoboroneksport” SC-nin Baş direktoru Aleksandr Mixeyev birincilər sırasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adına təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd edilir ki, ölkələrimizin birgə səyləri dövlətlərimizə fayda gətirəcək və Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcəkdir.
Məktubda həmçinin bildirilir ki, hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycan xalqının sülh və əmin-amanlığının təmin olunmasında Silahlı Qüvvələrinizin güc və qabiliyyətinin daha da artırılmasına xidmət edəcəkdir.