Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2017 10:45

Qar uçqunu nəticəsində bir hərbi qulluqçumuz həlak olub

Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.
Hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!