Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2017 14:55

NATO nümayəndəsi Azərbaycan Sülhməramlıları ilə görüşüb

Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun  Azərbaycan sülhməramlıları ilə  görüşüb.
Görüşdə beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasında ölkəmizin səylərini xüsusi qeyd edən diviziya generalı E.Uzun Azərbaycanın NATO ilə əməkdaşlığını, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəsini və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığını da yüksək qiymətləndirib.