Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2017 14:02

Mühəndis istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.
Təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.
Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.