Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 2017 21:21

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümümqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Döyüş tapşırıqlarının aydınlaşdırılması, şəraitin qiymətləndirilməsi, ərazinin kəşfi, maket üzərində qarşılıqlı əlaqənin müəyyən edilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə göstərişlər verilib.