Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2017 16:56

Müdafiə naziri Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Oktyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.
Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Tacikistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının yaxın günlərdə Düşənbə şəhərində keçiriləcək növbəti iclasında iştirak etmək üçün Azərbaycan Müdafiə nazirinin Tacikistana nəzərdə tutulan səfəri ilə bağlı məsələlər də görüş zamanı müzakirə edilib.