Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2017 17:51

Müdafiə naziri HDQ-nin Təlim-məşq kompleksində şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yoxlayıb

İyulun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında fəaliyyət göstərən Təlim-məşq kompleksində olub.
Kompleksdə şəxsi heyətlə döyüş hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə suüstü gəmi və katerlərdə suya davamlılıq və yanğın əleyhinə mübarizə, eləcə də gəminin döyüş qabiliyyətinin artırılması üzrə təlim-məşqləri keçirilir.
Müdafiə naziri şəxsi heyətin real qəza vəziyyətinə uyğunlaşdırılmış şəraitdə nümayiş etdirdiyi praktiki fəaliyyətlərini izləyib.
Gözətçi gəmisinə baxış keçirən nazir gəminin təminatı, silahlanmada olan döyüş vasitələrinin hazırlığı ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.