Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2017 08:26

Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin  kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində  müdafiə xəttini keçməyə cəhd göstərib.
Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.