Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2017 12:34

“Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi başlayıb

“Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.
Növbəti mərhələdə isə hərbi dənizçilər dəniz hazırlığı üzrə yarışlarda iştirak edəcəklər.