Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2017 12:17

“Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodları üzrə püşkatma mərasimi keçirilib - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçirilən “Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə əsasən müsabiqənin 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı epizodlarının yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.
“Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizodun icrasına Rusiya birinci, Azərbaycan ikinci, Qazaxıstan üçüncü və İran dördüncü başlayacaq.
“Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizodun icrasına Qazaxıstan birinci, Azərbaycan ikinci, İran üçüncü və Rusiya dördüncü başlayacaq.
“Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodun icrasına Qazaxıstan birinci, Rusiya ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq.
“Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodun icrasına Rusiya birinci, Qazaxıstan ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq.
“Gəminin lövbərə və çəlləyə dayanması” üzrə 6-cı epizodun icrasına Rusiya birinci, İran ikinci, Qazaxıstan üçüncü və Azərbaycan dördüncü başlayacaq.