Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2017 17:42

“Dəniz kuboku - 2017” müsabiqəsinin ikinci mərhələsi sona çatıb - VİDEO

Avqustun 8-də “Dəniz kuboku - 2017” müsabiqəsinin ikinci mərhələsinin “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu icra edilib.
Beynəlxalq hakimlər kollegiyasının qərarı ilə tapşırığı 2 dəqiqə 13 saniyəyə icra edən Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı birinci, 2 dəqiqə 20 saniyə nəticə ilə Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ikinci, 2 dəqiqə 21 saniyə nəticə ilə Rusiya HDD-nin “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı üçüncü, 2 dəqiqə 26 saniyə nəticə ilə İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı isə dördüncü yerə layiq görülüb.
“Dəniz kuboku - 2017” müsabiqəsinin sonuncu üçüncü mərhələsi avqustun 9-da keçiriləcək.