Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2017 12:28

“Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsi ilə əlaqədar mətbuat konfransı keçirilib - VİDEO

İyulun 25-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin mətbuat konfransı keçirilib.
Mətbuat konfransında müsabiqənin təşkili və keçirilməsi qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlər, həmçinin müsabiqənin mərhələ və epizodları, o cümlədən onların keçiriləcəyi yerlər haqqında ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.