Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2017 16:02

Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
İclasdan əvvəl MDB iştirakçı dövlətlərin Müdafiə nazirləri Naməlum Əsgər abidəsi önünə əklil qoyub, “Həyat ağacı” heykəltəraşlıq kompozisiyasının açılış mərasimində və Müdafiə Nazirliyi Beynəlxalq mərkəzində şam ağaclarının əkilməsində iştirak ediblər.
Sonra Müdafiə nazirlərinin görüşü keçirilib. Görüşdə cari hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.