Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2017 21:06

Azərbaycanın Müdafiə naziri Belarusun hərbi sənaye kompleksinin istehsal etdiyi döyüş texnikaları ilə tanış olub

Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.
Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə yaxından maraqlanıb.