Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2017 10:58

Azərbaycan Respublikası Müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başlayıb

Mayın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri cənab Levan İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində Müdafiə nazirinin qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.