Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2017 16:57

Azərbaycan Müdafiə nazirinin müavini ABŞ Müdafiə nazirinin nümayəndəsi ilə görüşüb

Oktyabrın 12-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işçi səfərdə olan ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.
Görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.