Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2017 13:12

Azərbaycan HDQ-nin “G-124” gəmisi dəniz hədəfinə atışları uğurla yerinə yetirib - VİDEO

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriblər.
Müsabiqənin şərtlərinə görə döyüş atışları 3,5 kilometr məsafədən icra olunub və tapşırıqların yerinə yetirilməsi faktı beynəlxalq hakimlər briqadası tərəfindən təsdiq edilib.
Tapşırığın icrasına görə yekun nəticə atışlar zamanı dəniz poliqonunda müəyyən edilmiş məsafəni qət edərkən hər bir gəminin sürəti nəzərə alınmaqla bazar ertəsi hakimlər tərəfindən müəyyən ediləcək.