"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Мüdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi

 

 

GENERAL-MAYOR

MƏMMƏDOV FUAD NADİR OĞLU

MÜDAFİƏ NAZİRİNİN MADDİ-TEXNİKİ TƏMİNAT ÜZRƏ MÜAVİNİ –

MADDİ-TEXNİKİ TƏMİNAT BAŞ İDARƏSİNİN RƏİSİ

 

General-mayor Fuad Nadir oğlu Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub.

1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib.

1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir.

1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycan tərəfinə qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilmişdir.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 13.08.2015-ci il tarixli sərəncamı ilə Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin Qərargah rəisi, 25.06.2018-ci il tarixli sərəncamı ilə isə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

Ailəlidir. Üç övladı var.