Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

12 Aprel 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

11 Aprel 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-da saat 19.35-dən 19.45-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndlərində yerləşən mövqelərimizi saat 22.00-dan 22.05-dək İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi aprelin 11-də saat 04.50-dən 05.00-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən saat 06.10-dan 16.15-dək Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

10 Aprel 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-da saat 19.30-dan 19.50-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23.35-dən 23.40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi;- saat 23.55-dən 00.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

9 Aprel 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 8-də saat 11.50-dən 12.30-dək və 12.45-dən 12.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 12.50-dən 12.55-dək və 19.30-dan 19.50-dək Ağdam rayonunun Yusifcanlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.