Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

31 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 30-da saat 15.30-dan 15.40-dək və 16.45-dən 16.55-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- martın 31-də saat 06.22-dən 06.25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;- saat 05.15-dən 05.50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 05.15-dən 05.40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

30 Mart 2012 09:00

Cəbhədə vəziyyət yenidən gərginləşib.

29 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 28-də saat 14.25-dən 14.28-dək və 20.15-dən 20.20-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşuayrım kəndində yerləşən mövqelərimizi;- saat 14.50-dən 15.15-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- martın 29-da saat 02.53-dən 03.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.

28 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 27-də saat 10.40-dan 10.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23.05-dən 23.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 23.10-dan 23.15-dək və 23.40-dan 23.45-dək Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

27 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 26-da saat 11.10-dan 11.15-dək, martın 27-də saat 00.30-dan 00.40-dək, 02.20-dən 02.25-dək və 02.40-dan 02.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi;- saat 02.55-dən 03.10-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 05.40-dan 05.50-dək, 05.45-dən 05.50-dək və 05.50-dən 06.00-dək Füzuli rayonunun Qorqan, Horadiz və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

19 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-də saat 22.30-dan 22.35-dək və 23.05-dən 23.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 22.00-dan 22.10-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi;- saat 09.15-dən 09.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 11.25-dən 11.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 11.30-dan 11.35-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

17 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 16-da saat 19.20-dən 19.26-dək və 22.55-dən 23.01-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 22.10-dan 22.15-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

16 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 15-də saat 13.45-dən 13.50-dək, 14.50-dən 14.55-dək, 21.20-dən 21.25-dək və 22.55-dən 23.10-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqeovit və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Bala Cəfərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi;- saat 16.20-dən 16.35-dək Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 16.55-dən 17.05-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;- saat 18.15-dən 18.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20.00-dan 22.10-dək, 21.00-dan 21.15-dək, 22.20-dən 22.40-dək və martın 16-da 02.50-dən 03.00-dək Tərtər rayonunun Çiləbürt, Qızıloba və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 00.20-dən 00.30-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

14 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 13-də saat 13.00-dan 13.15-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 21.50-dən 22.00-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22.50-dən 22.52-dək, 22.55-dən 23.00-dək, 22.50-dən 23.09-dək və martın 14-də saat 03.15-dən 03.20-dək Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 03.35-dən 03.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

13 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 12-də saat 17.25-dən 17.35-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi;- 21.35-dən 21.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- 21.45-dən 21.50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.